Rus sülhməramlılar Qarabağdan çıxır
top of page

Rus sülhməramlılar Qarabağdan çıxır


Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb.

Muğan tv xəbər verir ki, sülhməramlı kontingentə məxsus ilk heyət və hərbi texnika Kəlbəcər rayonundakı alban məbədi Xudavəng monastrının ərazisindən çıxıb.

Sülhməramlı kontingent monastr ərazisini bir neçə gün əvvəl tamamilə tərk edib.

Hazırda Xudavəng monastrını Azərbaycan polisi mühafizə edir.

Bununla da Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazisini tərk etməsi prosesi başlayıb. Sülhməramlıların Qarabağı tərk etmə videosu linkdə: https://youtu.be/pTKl35Sz62c

bottom of page