Türkiyə ordusu İraqda və Suriyada 3 terrorçunu zərərsizləşdirib
top of page

Türkiyə ordusu İraqda və Suriyada 3 terrorçunu zərərsizləşdirib


Türkiyə Silahlı Qüvvələri İraqın və Suriyanın şimalında ümumilikdə üç terrorçunu zərərsizləşdirib.

Muğan tv xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi sosial şəbəkədə bildirib.

“Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz İraqın şimalındakı Hakurk bölgəsindəki 2 PKK terrorçusunu və Suriyanın şimalındakı “Barış Pınarı” bölgəsində təsbit etdiyi 1 PKK/YPG terrorçusunu zərərsizləşdirib”, – mətbuat xidməti qeyd edib.

Xatırladaq ki, aprelin 24-də Türkiyə MN İraqın Hakurk bölgəsində altı terrorçunu zərərsizləşdirdiyini açıqlamışdı.

bottom of page