Qazaxda sürücü sükan arxasında infarkt keçirib, avtomobil qəzaya düşüb
top of page

Qazaxda sürücü sükan arxasında infarkt keçirib, avtomobil qəzaya düşüb


Qazax rayonunda sürücü sükan arxasında infarkt keçirib, avtomobil qəzaya düşüb.

Muğan tv Report-a istinadla xəbər verir ki, hadisə rayonun Yuxarı Salahlı kəndində qeydə alınıb.

Rayon sakini Yaşar Əhmədov "VAZ" markalı avtomobilin sükanı arxasında olan zaman infarkt keçirərək dünyasını dəyişib. Nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb.

Faktla bağlı araşdırma aparılır.

bottom of page