Biləsuvarda əmək yarmarkası keçiriləcək
top of page

Biləsuvarda əmək yarmarkası keçiriləcək


Biləsuvar rayonunda əmək yarmarkası keçiriləcək.

Muğan tv xəbər verir ki, yarmarka Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialının dəstəyi ilə baş tutacaq.

Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.

Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.

Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.

bottom of page