top of page

Əmtəə bazarının səmərəliliyi üzrə İşçi Qrupunun növbəti iclası keçirilib


Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi Qrupunun onlayn formatda növbəti iclası keçirilib.

Mugantv bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, iclasda Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Bazar rəqabəti” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşdirilmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsinin icrası ilə bağlı təqdimat keçirilib, həmçinin İşçi Qrupunun 2022-ci il üçün Fəaliyyət Planı üzrə görülən işlər barədə məlumat verilib.

İşçi Qrupunun iclasında cari il üçün icrası nəzərdə tutulan məsələlər, qarşıda duran vəzifələr və son dövrlərdə həyata keçirilən islahatlar, xüsusilə rəqabət və dövlət satınalmaları sahəsində qanunvericilikdə edilən dəyişikliklər layihəsinə dair fikir mübadiləsi aparılıb.

Özəl sektorun nümayəndələri ilə qarşılıqlı müzakirələr formatında keçən iclasda İqtisadiyyat Nazirliyinin, Nazirlik yanında Dövlət Vergi Xidmətinin, Dövlət Statistika Komitəsinin, Azərbaycan Mərkəzi Bankının, Dövlət Neft Şirkətinin (SOCAR), "Keyfiyyət Assosiasiyası" İctimai Birliyinin və digər təşkilatların nümayəndələri iştirak edib.

Sonda Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin vaxtında və səmərəli icrasının təmin edilməsi məqsədilə görüşlərin daha intensiv təşkili barədə qərar qəbul edilib

bottom of page