top of page

"Əli və Nino"nun işçiləri qarət olundu - VİDEO



Muğan.TV xəbər verir ki, bu barədə mağazalar şəbəkəsinin rəhbəri Nigar Köçərli sosial şəbəkədə məlumat yayıb. Onun sözlərinə görə, hadisə fevralın 15-də axşam saat 21:12-də Zeynalabdin Tağıyev küçəsi 19 ünvanında (Fəvvarələr meydanı) yerləşən filialda baş verib:

"Oğrular 3 nəfər olub. Onlardan biri satıcıların başını qatıb, digər iki nəfər arxa otağa keçərək, işçilərin ciblərini soyub, dükanın mobil telefonunu və əllərinə keçən nə varsa, götürüblər. Bu barədə artıq polisə məlumat vermişik".

N.Köçərili oğurluq hadisəsinin videogörüntülərini də paylaşıb:

"Dostlar, əgər bu videodakı şəxslər sizə tanış gəlirsə yaxud onları bugün görən olubsa, xahiş edirik bizə kömək edin, polisə məlumat verin. Təəssüf edirik ki, bu ağır günlərdə Bakının ən mərkəzində oğurların hücumuna məruz qaldıq".

N.Köçərli hadisə yerinə gələn polislərin oğru qrupunu yaxşı tanıdığını dediklərini də qeyd edib.



Muğan.TV

bottom of page