Şəkidə avtomobil aşıb, xəsarət alanlar var
top of page

Şəkidə avtomobil aşıb, xəsarət alanlar var


Şəkidə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Muğan tv xəbər verir ki, "Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Sarıca kəndi ərazisində qeydə alınıb.

1965-ci il təvəllüdlü İbrahim Şahlar oğlu Əliyevin idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin Niyaz adlı şəxs xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

bottom of page