Şirvanda evdən 8 min manatlıq oğurluq edilib
top of page

Şirvanda evdən 8 min manatlıq oğurluq edilib



Şirvanda evdə oğurluq hadisəsi olub.


Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.


Bildirilib ki, Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 17-də şəhər ərazisindəki evlərin birindən 8 066 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Şirvan sakini, əvvəllər məhkum olunmuş E.Rüstəmov saxlanılıb.


Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.

bottom of page