top of page

Ötən il 19 nöqtədə videomüşahidə kamerası quraşdırılaraq istifadəyə verilib


İşğaldan azad olunmuş ərazilərdə hüquq qaydasına nəzarətin fasiləsiz həyata keçirilməsi üçün ötən il 19 nöqtədə 64 ədǝd videomüşahidə kamerası quraşdırılaraq istifadəyə verilib.

Bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilib.

Hazırda həmin ərazilərdə ümumilikdə 84 nöqtədə 218 (130-u sabit, 88-i hərəkətli olmaqla) videomüşahidə kamerası, habelə 1 nöqtədə 4 ədəd "nömrətanıma" sistemi mövcuddur.

Qeyd edək ki, hökumətin hesabatı Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

bottom of page