"Çelsi" 11 futbolçusu ilə vidalaşmaq istəyir
top of page

"Çelsi" 11 futbolçusu ilə vidalaşmaq istəyir


İngiltərənin "Çelsi" klubu 11 futbolçusu ilə yollarını ayıra bilər.

London təmsilçisi yay transfer dönəmində həmin oyunçularla vidalaşmağa hazırdır.

Nəşr Ben Çiluell, Meyson Maunt, Mateo Kovaçiç, Pyer-Emerik Obameyanq, Kristian Pulişiç, Ruben Loftus-Çik, Sesar Aspilikueta, Konor Qallaher, Hakim Ziyeş, Kay Haverts və Rahim Sterlinqin satışa çıxarılacağını iddia edib.

Qeyd edək ki, "zadəganlar" əvvəlki iki transfer pəncərəsində yeni oyunçuların alınması üçün 611 milyon avro xərcləyib. Komanda hazırda Premyer Liqada 26 oyundan sonra 37 xalla 10-cu pillədə qərarlaşıb.

bottom of page