top of page

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 30-a çatıb


Zaqatalada dönərdən 30 nəfər zəhərlənib. Muğan tv yerli KİV-ə istinadla xəbər verir ki, zəhərlənənlərin hamısının toyuq ətindən hazırlanmış dönər yediyi məlum olub.

Zəhərlənənlər arasında tələbələr və azyaşlılar da var.

Qeyd olunub ki, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialınında iki tələbəsinin də toyuq ətindən hazırlanmış dönərdən zəhərlənərək Zaqatala RMX-a müraciət ediblər.

Əldə olunan məlumata görə, zəhərlənən şəxslər Zaqatala şəhərinin müxtəlif dönərxanalarında hazırlanmış dönərlərdən istifadə ediblər. Müraciət edənlərdən labarator müayinələr üçün müvafiq nümunələr götürülüb.

Faktla bağlı müvaviq qrumlar tərəfindən araşdırmalara başlanılıb.

bottom of page