Xocavənddə bir nəfər minaya düşüb- ayağı amputasiya edilib. FOTO
top of page

Xocavənddə bir nəfər minaya düşüb- ayağı amputasiya edilib. FOTO


Xocavənd rayon prokurorluğundan bildirilib ki, Martın 13-də saat 16 radələrində 1980-ci il təvəllüdlü İman Baxşaliyevin Xocavənd rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla İman Baxşaliyevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində ”sağ ayağın topuqdan aşağı ətrafının amputasiyası” və digər çoxsaylı xəsarətlər alması müəyyən edilib. Araşdırmalar davam edir




bottom of page