Vətən müharibəsinin 3780 iştirakçısına əlillik təyin olunub
top of page

Vətən müharibəsinin 3780 iştirakçısına əlillik təyin olunub


"Vətən müharibəsindən sonra 3780 nəfər müharibə iştirakçısına müxtəlif dərəcədə əlillik təyin olunub".

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov jurnalistlərə açıqlamasında deyib.

"Əlilliyin dəyişdirilməsi ilə bağlı təkrar müraciət mövcuddur. Əlillik təyin olunan şəxslərin səhhətində müəyyən dəyişikliklər olarsa təbii ki, yenidən müraciət edə bilərlər", - o vurğulayıb.

bottom of page