Səməd Seyidov: "Fransa küçələrində üfunət iyindən dayanmaq olmur"
top of page

Səməd Seyidov: "Fransa küçələrində üfunət iyindən dayanmaq olmur"


"Fransa hər zaman açıq şəkildə iki standartlardan çıxış edir. Küçələrində üfunət iyindən dayanmaq olmur, amma Fransa Senatında martın 16-da növbəti dəfə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş, beynəlxalq hüquqa açıq hörmətsizlik ifadə edən konfrans keçirilib".

Mugantv xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov parlamentin aprelin 4-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bəyanatlar qəbul edilir, addımlar atılır, ancaq Fransa öz mövqeyində qalır, düşmənçilik siyasəti aparır: “Bunun cavabı da çox sadədir. Onlar açıq şəkildə ölkəmizin iradəsindən, Prezident İlham Əliyevin siyasətindən kənar regiona müdaxilə etmək istəyirlər. Həmişə bunu Ermənistan vasitəsilə işğal formasında ediblər. İndi isə edə bilmirlər. Azərbaycanın apardığı siyasət nəticəsində bu istəklərinin qarşısı kəsilib. Əlində olan bütün imkanlardan istifadə edərək regiona bizim iradəmizdən kənar nüfuz etmək istəyirlər. Eyni siyasəti molla rejimi də seçib. Ona görə də onlar illər boyu işğal dövründə bizim iradəmizdən kənar regiona müdaxilə ediblər. İndi isə bunu edə bilmirlər. Çünki 44 günlük müharibədən sonra başqa dövlətə çevrilmişik. Fransaya qarşı gördüyümüz siyasəti ölkəmizə qarşı edilən təzyiqlərə baxmayaraq davam etdirməliyik”.

bottom of page