Suraxanı rayonunda 54 yaşlı kişini avtomobil vurub
top of page

Suraxanı rayonunda 54 yaşlı kişini avtomobil vurub


Bakının Suraxanı rayonunda 54 yaşlı kişini avtomobil vurub.

Hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1969-cu il təvəllüdlü Əzimov Mikayıl Ağababa oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona burun və əng sümüyünün sınığı diaqnozu qoyulub.

Fakt araşdırılır.

bottom of page