top of page

Rusiyanın Kiyevdəki səfirliyinin Moskva knyazlığı haqqında muzeyə çevrilməsi təklif edilir


Tarixçi, tarix elmləri namizədi Aleksandr Alferov Rusiyanın Ukraynadakı səfirliyinin binasının Rusiya tarixi haqqında həqiqətləri söyləyəcək dünyada yeganə muzeyə çevrilməsi təşəbbüsü ilə çıxış edib.

Bu, Kiyev şəhər rəhbərliyinin təcavüzkar ölkənin diplomatik nümayəndəliyinin torpağını əlindən almaq qərarına gəlməsindən sonra baş verib.

“Düşünmürəm ki, orada hansısa biznes mərkəzi və ya mağaza yaratmaq mümkün olsun. Bu yer öz-özlüyündə qiymətlidir. Orada muzey yaradılmalıdır. Amma işğal muzeyi, azadlıq mübarizəsi muzeyi və ya hər hansı başqa muzeyin filialı yox. Məncə, orada “Rusiya Federasiyası (Moskva knyazlığı) muzeyi” yaradılmalıdır. Dünyada bu dövlətin əsl tarixini sərgiləyəcək yeganə muzeyi yaratmaq lazımdır”, - o bildirib.

Alferov, müasir Rusiyanın yerli fin-uqor xalqları, onların mədəniyyəti, dini və həyat tərzi, Moskva knyazlığının yaranması və “Rusiya” adının oğurlanması və sair məsələlər haqqında daimi sərgilər təşkil etməyi də təklif edib.

Xatırladaq ki, daha əvvəl Kiyev Şəhər Şurası Rusiya səfirliyinin binasının yerləşdiyi torpaq sahəsinin icarə müqaviləsini ləğv edib və Ukrayna hökumətini binanı müsadirə etməyə çağırıb.

Ukrayna paytaxtının meri Vitali Kliçko məsələ ilə bağlı teleqram kanalında belə yazıb: “Bu gün Kiyev Şəhər Şurası Rusiya səfirliyi ilə torpaq icarəsi müqaviləsinə xitam verib. Həmçinin “diplomatik qurum”un əmlakının Ukrayna dövlətinin mülkiyyətinə qaytarılması üçün Ukrayna Nazirlər Kabinetinə müraciət edib”.

bottom of page