Rusiya Kəlbəcərə 185 ton yük göndərdi
top of page

Rusiya Kəlbəcərə 185 ton yük göndərdi



Rusiya sülhməramlıları Azərbaycanın işğaldan azad olunmuş əraziləri arasında humanitar yüklərin tranzitini təmin etməyə davam edir.


Muğan.TV xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, sosial obyekt və yaşayış evlərinin enerji və su təminatı sistemlərini bərpa etmək üçün Humanitar Yardım Mərkəzinin 25 KamAZ markalı hərbi avtomobil və onları müşayiət edən maşınlardan ibarət kolonna Kəlbəcər rayonuna 185 ton civarında yük çatdırıb. Yük generator stansiyaları, elektrik avadanlığı, dəmir-beton konstruksiyası və tikinti materiallarından ibarət olub.

Yükün çatdırılması Azərbaycan, Rusiya və Ermənistan arasında ötən il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən gerçəkləşdirilib.


Muğan.TV

bottom of page