top of page

Qərb bölgəsində elektrik enerjisinin verilməsində fasilə yaranıb


Azərbaycanın bölgələrində axşam saatlarından başlayaraq əsən güclü külək səbəbindən Gəncə şəhərində, Samux, Tovuz və digər rayonların bəzi hissələrində elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Hazırda güclü külək Gəncə şəhərinin bəzi hissələrində, Samux rayonunun Qarayeri qəsəbəsində və Tovuz rayonunun bir neçə kəndini işıqsız qoyub.

Belə ki, elektrik dirəyinin aşması nəticəsində Tovuzun Şamlıq ərazisində elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Hazırda aidiyyəti qurum tərəfindən yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, hazırda bölgədə küləkli hava şəraiti davam edir.

bottom of page