Qəbələdə qətl hadisəsi baş verib
top of page

Qəbələdə qətl hadisəsi baş verib




Qəbələ rayonunda qətl hadisəsi baş verib.


Bu barədə rayon məhkəməsindən bildirilib.


Belə ki, oktyabrın 9-u saat 21 radələrində Qəbələ rayonu, Tikanlı kənd sakini,1987-ci il təvəllüdlü Sənur Ağahüseynovun üzərində çoxsaylı bıçaq xəsarətləri olan meyitinin Tikanlı kəndinə yaxın ərazidə aşkar edilməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin zərərçəkmişin tanışı, Qəbələ rayonu Uludaş kənd sakini, 2003-cü il il təvəllüdlü Kənan Mustafayev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə ilə əlaqədar törədilməsi müəyyən edilib.


K.Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.


Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

bottom of page