Qazaxıstan “Şimal-Cənub” marşrutu ilə müəyyən yüklərin daşınmasına 40 % endirim tətbiq edəcək
top of page

Qazaxıstan “Şimal-Cənub” marşrutu ilə müəyyən yüklərin daşınmasına 40 % endirim tətbiq edəcək


Qazaxıstan Rusiya-Qazaxıstan sərhəd-keçid məntəqələri vasitəsilə Türkmənistana və digər Mərkəzi Asiya ölkələrinə taxıl, təkrar üyütmə və neft məhsulları istisna olmaqla, əsas mal çeşidləri üzrə daşımalara 40 % endirim tətbiq edəcək.

Mugantv TASS-a istinadən xəbər verir ki, bu barədə "Rusiya Dəmir Yolları" QSC-nin Mətbuat Xidməti məlumat yayıb.

“Rusiya Dəmir Yolları” cari ilin birinci rübündə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi üzrə yükdaşımaların həcminin ötən illə müqayisədə iki dəfə artacağını və 2,3 milyon tonu ötəcəyini gözləyir.

bottom of page