Paytaxt yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirilib
top of page

Paytaxt yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirilib


Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxt Bakının yollarında kompleks tədbirlər icra olunur. Bu barədə Muğan tv-yə AYYDA-dan məlumat verilib.

Bu çərçivədə paytaxtın 8 Noyabr prospekti, Zığ-Hava limanı avtomobil yolunda və Əhməd Rəcəbli küçəsində əsaslı təmir işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov, İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev və Agentliyin digər vəzifəli şəxsləri işlərin gedişatı ilə yerindəcə tanış olmaq məqsədilə təmir icra olunan ərazilərə baxış keçiriblər. 

Məlumat verildi ki, aidiyyəti qurumlarla koordinasiyalı şəkildə aparılan təmir işləri tərtib olunmuş qrafikə uyğun şəkildə yüksək səviyyədə icra olunur. Bunun üçün ərazilərə kifayət qədər canlı qüvvə və texnika cəlb edilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov sadalanan ərazilərə baxış zamanı təmir işlərinin “İnşaat Norma və Qaydaları”na uyğun, vaxtında və keyfiyyətlə yerinə yetirilib yekunlaşdırılması ilə bağlı tövsiyə və tapşırıqlarını verib.


bottom of page