"Ordumuzun yüksək texniki təchizatı bundan sonra da prioritet olacaq" - Baş nazir
top of page

"Ordumuzun yüksək texniki təchizatı bundan sonra da prioritet olacaq" - Baş nazir


Ordumuzun yüksək texniki təchizatı hər zaman olduğu kimi bundan sonra da prioritet olacaq.


Muğan TV Trend-ə istinadən bildirir ki, bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatının müzakirəsi zamanı deyib.


Ə.Əsədov bildirib ki, vaxtilə alınmış müasir silah və texnika Vətən müharibəsində uğurla tətbiq olundu və sınaqdan çıxdı. Baş nazir bildirib ki, təsadüfi deyil ki, Azərbaycan ordusunun tətbiq etdiyi müasir silah və taktikalar beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilir.


Baş nazir bildirib ki, təəssüflər olsun ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladığı müddətdə həmin əraziləri viran qoyub. O qeyd edib ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərə həyatı yenidən qaytaracaq.


Nazir əlavə edib ki, regionda kommunikasiyaların açılması bütün bölgə üçün faydalı olacaq.


bottom of page