top of page

Omskdan Bakıya birbaşa uçuşlar həyata keçiriləcək


Rusiyanın “IrAero” aviaşirkəti Bakıya daha bir Sibir şəhərindən uçuşlar həyata keçirə bilər.

Artıq Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) daşıyıcı şirkətə Omsk-Bakı istiqamətində uçuşlar həyata keçirilməsi üçün icazə verib.

Bu icazəyə əsasən, uçuşlar həftədə üç dəfə həyata keçiriləcək. Bu günə qədər Bakı və Omsk arasında birbaşa uçuşlar həyata keçirilməyib.

bottom of page