“Neftçi”nin qapıçısı: “İkinci yer uğrunda mübarizə aparacağıq”
top of page

“Neftçi”nin qapıçısı: “İkinci yer uğrunda mübarizə aparacağıq”


“Çempionatda “Sabah”la ikinci yer uğrunda mübarizə aparacağıq”.

Bunu “vecernji.hr” saytına açıqlamasında “Neftçi”nin futbolçusu İvan Brkiç deyib.

Xorvatiyalı qapıçı Premyer Liqada lider “Qarabağ”la aradakı xal fərqi böyük olduğundan, çempionluq yarışına qoşula bilməyəcəklərini gizlətməyib. O, əsas hədəflərinin Azərbaycan Kubokunu qazanmaq olduğunu söyləyib: “Ölkə kubokunun yarımfinalındayıq. Əsas favoritlər “Qarabağ” və “Sabah” isə mübarizədən kənarlaşdırılıblar. Buna görə də, kubokda ciddi ambisiyalarımız var”.

Qeyd edək ki, hazırda üçüncü pillədə qərarlaşan “Neftçi” “Qarabağ”dan 13, “Sabah”dan isə 4 xal geri qalır. “Ağ-qaralar” ölkə kubokunun yarımfinal mərhələsində “Turan Tovuz”la qarşılaşacaq.

bottom of page