Nazirlik tərəfindən “Yeni il” yarmarkaları keçiriləcək
top of page

Nazirlik tərəfindən “Yeni il” yarmarkaları keçiriləcək



Kənd Təsərüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC açıq tender elan edir.


Muğan TV xəbər verir ki, tender 2022-ci ilin (Yeni ilin) gəlişi ilə əlaqədar Bakı şəhəri əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatının təmin olunması məqsədilə 20-30 dekabr 2021-ci il tarixlərində şəhərin müxtəlif ərazilərində satış yarmarkalarının təşkili və təşkilati işlərinin satnalınması məqsədilə keçirilir.


İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 17 noyabr 2021-ci il saat 11:00-tarixinə qədər və tender təklifi ilə bank təminatı sənədlərini 25 noyabr 2021-ci il saat 18:00 tarixinə qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 26 noyabr 2021-ci il saat 11:00 tarixində açılacaq.


Tenderdə iştirak haqqı 150 manatdır.

bottom of page