Muxtar respublikada informasiya və rabitə xidmətlərinin dəyəri 10 milyon 140 min manatı ötüb
top of page

Muxtar respublikada informasiya və rabitə xidmətlərinin dəyəri 10 milyon 140 min manatı ötüb


2021-ci ilin yanvar-fevral aylarında muxtar respublikada informasiya və rabitə xidmətlərinin dəyəri 10 milyon 140 min 100 manat olub.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu da 2020-ci ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 8,2 faiz çoxdur.

Bu dövr ərzində mobil rabitə xidmətinin dəyəri 7 milyon 753 min 700 manat təşkil edib və bir il öncəyə nisbətdə 1,5 faiz artıb.


bottom of page