top of page

MİT Suriyada antiterror əməliyyatı keçirib, PKK-nın rəhbər şəxsi məhv edilib


Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) Suriyanın Kamışlı bölgəsində keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK/YPG-PYD-KCK terror qruplaşmasının Rakka üzrə “məsul şəxsi” Mehmet Sarı zərərsizləşdirilib.

Baran Kurtay kod adlı terrorçu Türkiyədəki fəaliyyətindən sonra 2014-cü ildə Suriyaya keçib.

Bildirilib ki, MİT 2022-ci ilin ilk on ayında terrorçu PKK/YPG-PYD qruplaşmasının rəhbərliyində təmsil olunan 23 nəfəri zərərsizləşdirib.

Bundan başqa, PKK qruplaşmasının axtarışda olan 82 terrorçusu məhv edib.

Qeyd edilib ki, MİT 2019-cu ildən indiyədək Suriya və İraqda keçirdiyi əməliyyat nəticəsində terrorçu PKK/KCK-YPG-nin 73 üzvünü zərərsizləşdirib.

bottom of page