Milli Məclisin deputatı Fazil Mustafa güllələnib
top of page

Milli Məclisin deputatı Fazil Mustafa güllələnib


Milli Məclisin deputatı Fazil Mustafa güllələnib.

Hadisə paytaxtın Zabrat qəsəbəsində qeydə alınıb.

Belə ki, deputat evinin qarşısında silahlı hücuma məruz qalıb. Nəticədə o, sağ çiyin və sağ bud nahiyələrindən güllə yarası alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməliyyat-axtarış qrupu cəlb edilib, araşdırma aparılır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Report”a bildirilib ki, hadisəni törədən şəxs və şəxslərin kimliyinin müəyyən edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri başlayıb.

Hadisə ilə bağlı rəsmi məlumat veriləcək.

bottom of page