Masallıda qazilərə və şəhid ailələrinə bayram sovqatları paylanılıb
top of page

Masallıda qazilərə və şəhid ailələrinə bayram sovqatları paylanılıb


Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə şəhid ailələri və qazilər ziyarət olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova, rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva və ictimaiyyətin nümayəndələri Ərkivan qəsəbəsində şəhid mayor Anar Novruzovun, Hişkədərə kəndində leytenant Zaur Hüseynlinin, Çaxırlı kəndində çavuş Namiq Bağırovun, Qarğalıq kəndində gizir Elvin Əzizovun, İmanlı kəndində əsgər Məhəmməd Vəliyevin və “Vətən Müharibəsi Qəhrəmanı” İntiqam Əsgərlinin ailələrini Novruz bayramı münasibətilə təbrik edərək, onların qayğıları və problemləri ilə maraqlanıblar.

Görüşdə şəhid və qazi ailələrinə Novruz sovqatları paylanılıb.

Şəhid ailələrinin üzvləri və qazilər onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və aksiya iştirakçılarına minnətdarlıqlarını bildiriblər.


bottom of page