Londonda 30 milyon funt sterlinq dəyərində Sasanilər dövrünün qaya relyefinin fraqmenti ələ keçirili
top of page

Londonda 30 milyon funt sterlinq dəyərində Sasanilər dövrünün qaya relyefinin fraqmenti ələ keçirili


Böyük Britaniyanın paytaxtı Londonda sərhədçilər qaçaqmalçılardan 30 milyon funt sterlinq dəyərində Sasanilər sülaləsinə (224-651) aid qaya relyefinin fraqmentini müsadirə ediblər.

Mugantv xarici KİV-ə istinadən xəbər verir ki, gömrük əməkdaşlarının diqqətini müfəttişlərin diqqətini yayındırmaq üçün nəzərdə tutulan bilərəkdən nizamsız şəkildə hazırlanmış qablaşdırmalar cəlb edib.

Baxış zamanı qədim fars mədəniyyətinə aid qaya relyefinin fraqmenti aşkar edilib.

“Sasanilər Romaya güclü rəqib idilər və bu gün gözəl gümüş məmulatları və kəsilmiş şüşələri ilə tanınırlar”, - Britaniya Muzeyinin Yaxın Şərq şöbəsindən araşdırmaçı Sent-Con Simpson deyib.

Keyfiyyətsiz qablaşdırma səbəbindən fraqment daşınma zamanı zədələnsə də, bərpa olunub. Onun Britaniya antikvarlarının qara bazarında satışa hazırlandığı güman edilir.

bottom of page