top of page

İranda 3 din alimi həbs olunub


İranın Sistan-Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərində 3 sünni din alimi təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub.

Bu barədə “Rasanknews” məlumat yayıb.

Bildirilib ki, Mövləvi Abdus Salam, Reza və qardaşı Mövləvi Abdülrauf Rəxşəni təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən yaşadıqları evdən naməlum istiqamətə aparılıblar. Abdus Salam bir neçə saat saxlanıldıqdan sonra sərbəst buraxılıb. Qardaşı isə həbs olunub.

Qeyd edək ki, rejimin din alimlərinə qarşı repressiyalarını bir çox din xadiminin sükutla qarşılaması üləmalar arasında etiraza səbəb olub.

bottom of page