İngiltərə klubu Patrik Vieyra ilə yollarını ayırıb
top of page

İngiltərə klubu Patrik Vieyra ilə yollarını ayırıb


İngiltərənin "Kristal Pelas" klubu baş məşqçisi Patrik Vieyra ilə yollarını ayırıb.

Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Yeni təyinatın yaxın günlərdə gerçəkləşəcəyi gözlənilir.

Qeyd edək ki, Patrik Vieyra 2021-ci ilin iyulundan "Kristal Pelas"da işləyib. Komanda cari mövsüm çempionatda 27 xalla 12-ci pillədə qərarlaşıb.

bottom of page