top of page

Həftəsonu yol qəzalarında 10 nəfər ölüb


Həftəsonu Azərbaycanda yol qəzalarında 10 nəfər ölüb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, aprelin 22-23-də respublikanın avtomobil yollarında ölümlə nəticələnən 8 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Nəticədə 10 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

bottom of page