top of page

Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb




Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi

tərəfindən himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb. Bununla bağlı Muğan tv-yə nazirlikdən məlumat verilib.

Qanunvericiliyə uyğun olaraq Nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər

arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb.

Himayədar ailələrə verilən uşaqlardan 3-ü oğlan, 9-u qızdır. Həmçinin 7-si 6 yaşadək

olan, 4-ü 7-13 yaş arası, 1-i 14-18 yaş arası uşaqlardır.

Hazırda həmin uşaqların 3-ü Bakı şəhərindəki, 9-u rayonlardakı (Lənkəran-2,

Cəlilabad-1, Ağcabədi-1 , Biləsuvar-1, Zaqatala-1, Gəncə-1, Göyçay-1, Şamaxı - 1)

ailələrdə yaşayırlar.

“Himayədar ailə” qayğı modeli valideynlərini itirmiş, valideyn himayəsindən məhrum

olmuş, valideynləri tərəfindən müəssisəyə qoyulmuş uşaqların dövlət nəzarəti altında ailə

mühitində böyüməsi və inkişafını nəzərdə tutur.

Himayədar ailələrlə bağlı sosial dəstək mexanizmi çərçivəsində həmin ailələrə

himayəyə götürdükləri:

0-6 yaş arası uşağa görə 355 manat (əlilliyi müəyyən edilmiş uşaq olduqda 395

manat);

7-13 yaş arası uşağa görə 375 manat (əlilliyi müəyyən edilmiş uşaq olduqda 415

manat);

14-18 yaş arası uşağa görə 395 manat (əlilliyi müəyyən edilmiş uşaq olduqda 435

manat) aylıq müavinət verilməsi nəzərdə tutulub.

Himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün ailələr hər rübdə

bir dəfə 200 manat məbləğində birdəfəlik müavinətlə də təmin edilirlər.

bottom of page