Hava şəraiti KƏSKİN DƏYİŞİR - DİQQƏT
top of page

Hava şəraiti KƏSKİN DƏYİŞİR - DİQQƏT



Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı məlumat yayıb.


Muğan TV-ə xidmətdən bildirilib ki, sentyabrın 2-si axşamdan Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, arabir 23 m/s, 03-ü axşamdan arabir 25-30 m/s-dək güclənəcəyi, 04-ü səhər isə zəifləyəcəyi gözlənilir.


Sentyabrın 03-ü axşam, 04-ü gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində arabir intensivləşəcəyi ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcək.


Azərbaycanın rayonlarında

Sentyabrın 02-si axşamdan 04-ü səhərədək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s, bəzi Kür vadisi rayonlarda arabir 30-33 m/s-dək güclənəcək.


Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcək.Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

bottom of page