top of page

Füzulidə qonaq evi yanıb


Füzuli rayonunda qonaq evi yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, rayonun Şükürbəyli kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli tikilinin (qonaq evi kimi fəaliyyət göstərir) mətbəxinin yanar konstruksiyaları 6 m² sahədə, tavanı 7 m² sahədə və dam örtüyü 15 m² sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

bottom of page