Eddi İsrafilov: “Yüz faizlik formamı bərpa etmək üçün daha da artırmalıyam”
top of page

Eddi İsrafilov: “Yüz faizlik formamı bərpa etmək üçün daha da artırmalıyam”


“Yüz faizlik formamı bərpa etmək üçün daha da artırmalıyam”.

Bunu “Neftçi”nin futbolçusu Eddi İsrafilov klubun televiziyasına açıqlamasında deyib.

O, Premyer Liqanın XXVI turunda “Şamaxı” ilə keçiriləcək oyuna yaxşı hazırlaşdıqlarını söyləyib: “Hazırlıq yaxşı gedir, hər şey öz qaydasındadır. Mən də formamı yavaş-yavaş bərpa etdiyimi hiss edirəm. Zədələr də futbolun bir hissəsidir. Buna öyrəşməliyik. Komanda bir oyunçudan asılı olmalı deyil. Kollektiv oyun sayəsində növbəti matçlarda uğurlu nəticələr qazanmağa çalışacağıq”.

Qeyd edək ki, martın 12-də keçiriləcək “Şamaxı” – “Neftçi” oyunu saat 15:00-da başlayacaq.


bottom of page