Daxili işlər naziri Şamaxı rayonunda vətəndaş qəbulu və sıra baxışı keçirib
top of page

Daxili işlər naziri Şamaxı rayonunda vətəndaş qəbulu və sıra baxışı keçirib




Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və

bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri

general-polkovnik Vilayət Eyvazov martın 27-də və 28-də Şamaxı Rayon Polis

Şöbəsində növbəti vətəndaş qəbulu keçirib. Bununla bağlı Muğan tv-yə Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Nazir əvvəlcə Şamaxı rayonundakı ümummilli lider Heydər Əliyevin abidəsini

ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.

Sonra  Rayon   Polis   Şöbəsinin   inzibati   binasında  Şamaxı,   Qobustan,  Ağsu,

Göyçay, İsmayıllı  şəhər və rayonlarından qəbula gələn 238 vətəndaşın müraciətini

dinləyən nazir  onların  problemlərinin  həlli  üçün Nazirliyin  aidiyyəti  baş   idarə  və

idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı

tədbirlər görülüb.

Səfər çərçivəsində general-polkovnik V.Eyvazov bölgə üzrə polis

orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı

keçirib.

34 Vətən müharibəsi iştirakçısının da qatıldığı sıra baxışında xidmətə

qəbulun şərtlərinə uyğun gələn 129 nəfər seçim turunun növbəti mərhələsinə

buraxılıb.








bottom of page