Cəlilabadda sudan istifadə ilə bağlı xüsusi qərargah yaradılıb
top of page

Cəlilabadda sudan istifadə ilə bağlı xüsusi qərargah yaradılıb


Cəlilabad rayonu ərazisində torpaqların suvarılması zamanı su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunması və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədi ilə xüsusi qərargah yaradılıb.

Həmçinin əkin sahələrinin vaxtında və normal suvarılmasını, suvarma suyunun əkin sahələrinə ədalətli, ərazilərin ölçülərinə görə proposional bölgü və növbəlilik prinsipləri əsasında verilməsi məqsədilə tərtib olunan gündəlik nəzarət qrafiki təsdiqlənib.

Bununla bağlı yaradılan işçi qrupuna və səlahiyyətli şəxslərə sudan səmərəli istifadə olunmasından irəli gələn məsələləri növbəlilik qrafiki əsasında təşkil etmək tapşırılıb.

Rayonda əkin sahələrinin suvarılması zamanı sudan səmərəli istifadə olunması üçün ciddi nəzarət tədbirləri həyata keçiriləcək.

bottom of page