top of page

"Bu il noyabrda parlament seçkiləri olmalıdır, müddət önə də çəkilə bilər"


Qanunvericiliyə əsasən, bu ilin noyabr ayında parlament seçkiləri olmalıdır. Muğan tv xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədri Məzahir Pənahov bildirib.

Məzahir Pənahov deyib ki, seçkilərin müddəti önə də çəkilə bilər: “Parlament seçkilərini nəzərə alaraq, seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi ilə bağlı müəyyən işlərə artıq başlanılmalıdır”.

bottom of page