Bir kənddə eyni ayda və eyni gündə dünyaya gələn iki qəhrəman şəhid qürurla yad edilib
top of page

Bir kənddə eyni ayda və eyni gündə dünyaya gələn iki qəhrəman şəhid qürurla yad edilib


Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən oğurluq edənlər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, mağazadan 120 manat pul, tütün məmulatı, kassasında 2070 manat pul olan “Milliön” ödəmə terminalını, “VAZ-2105” markalı avtomobilin dövlət qeydiyyat nişanlarını, vətəndaş Ə.Ağayevə məxsus “VAZ-2103” markalı avtomobili qaçıraraq digər mağazanın kassasından 5000 manat pul olan “Milliön” ödəmə terminalını oğurlamaqda şübhəli bilinən İ.Mehdiyev və K.Diniyev saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.

Qırx dörd günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban verən, eyni ayda, eyni gündə və eyni kənddə dünyaya göz açan Emin Valik oğlu Ağazadə və Fərid Hamlet oğlu Əliyevin doğum günü dəfn olunduqları Kürdmaşı kənd qəbiristanlığında anılıb. Anım mərasimində rayon icra hakimiyyətinin məsul işçıləri, şəhidin yaxınları, kənd sakinləri, rayon ictimaiyyətinin nümayəndələri, I-II Qarabağ müharibəsinin döyüşçüləri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ziyarətə gələnlər şəhidlərin məzarları üstünə gül dəstələri, Novruzun atributlarından olan səmənilər qoyaraq onların ailə üzvlərinə başsağlığı veriblər. Ruhlarına Qurandan ayələr oxunub, dualar edilib.

Mərasimdə şəhidlərin keçdikləri şərəfli həyat yolu barədə danışılıb. Vurğulanıb ki, Emin Ağazadə 2020-ci ilin oktyabrın 5-də qismən səfərbərliklə hərbi xidmətə yola düşüb və həmin ayının 25-də Qubadlı istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. E.Ağazadə ölümündən sonra “Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub. Şəhid Emin yaşasaydı 30 yaşını qeyd edəcəkdi. Fərid Əliyev 2019-cu ilin aprel ayında hərbi xidmətə yola düşüb və 2020-ci ilin sentyabr ayının 27-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. F.Əliyev ölümündən sonra “Vətən uğrunda” və “Fizulinin azad olunmasına görə” medalları ilə təltif olunub. Yaşasaydı 20 yaşını qeyd edərdi.

Çıxışlarda şəhidlərimizin qanının yerdə qalmadığı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni ordusunun darmadağın edilərək torpaqlarımızdan qovulduğu, tarixi qələbənin qazanıldığı iftixarla qeyd olunub.

Şəhidlərin yaxınları göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.


bottom of page