Beynəlxalq avtomobil daşımalarına dair icazə blankların ləğvi təsdiqlənib
top of page

Beynəlxalq avtomobil daşımalarına dair icazə blankların ləğvi təsdiqlənib


Milli Məclis Gömrük Məcəlləsinə təklif edilən dəyişiklik layihələrini III oxunuşda qəbul edib.

Dəyişiklik layihələri parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Qeyd olunub ki, Dövlət Gömrük Komitəsinin beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə dövlət sərhədinin buraxılış məntəqələrində qanunvericiliyə uyğun olaraq icazə blanklarının verilməsi səlahiyyəti ləğv olunur.

Yeniliyin bu il martın 1-dən tətbiq olunması planlaşdırılır.

bottom of page