top of page

“Barselona” Avropanın “Top-7” liqası tarixində yeni rekorda imza atıb


İspaniya klubu “Barselona” Avropanın “Top-7” liqası tarixində ilk 30 turda 10-dan az qol buraxan ilk komanda olub.

Kataloniya klubu La Liqanın XXX turunda “Atletiko” üzərində 1:0 hesablı qələbə qazanaraq, yeni rekorda imza atıb.

Xavi Ernandesin kollektivi bu görüşlərin 23-də qapısının toxunulmazlığını qorumağı bacarıb. Geridə qalan 30 turda “Barsa” ümumilikdə 9 qol buraxıb. İndiyə qədər İngiltərə, İspaniya, Almaniya, İtaliya, Fransa, Portuqaliya və Niderland yüksək liqasında heç bir klub belə göstəriciyə imza ata bilməyib.

Buna qədər rekord Portuqaliya “Portu”suna (1991/1992 mövsümünün 30 turunda 10 qol) və İngiltərə “Çelsi”sinə (2004/2005 mövsümünün 30 turunda 10 qol) məxsus idi.

Qeyd edək ki, “Barselona” hazırda 76 xalla La Liqada turnir cədvəlinə başçılıq edir.

bottom of page