top of page

Banqladeşdə avtobus aşıb, 16 nəfər ölüb


Banqladeşdə sərnişin avtobusunun küvetə aşması nəticəsində azı 16 nəfər ölüb.

Bu barədə CGTN məlumat yayıb.

Hadisə martın 19-da səhər saatlarında Dəkkə-Mava-Bhanqa avtomobil magistralında baş verib. Qəza nəticəsində daha 30 nəfər xəsarət alıb.

Hadisə yerində xilasetmə işləri aparılır.

bottom of page