Bakıda hoteldə yanğın olub
top of page

Bakıda hoteldə yanğın olub


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Namiq Quliyev küçəsində hoteldə yanğın olması barədə ilkin məlumat daxil olub.

Bu barədə Muğan tv-yə FHN-dən bildirilib.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. Baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

bottom of page