Bakıda avtomobil piyadanı vuraraq öldürüb
top of page

Bakıda avtomobil piyadanı vuraraq öldürüb


Bakıda piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, hadisə aprelin 1-də paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb. Belə ki, “KİA” markalı avtomobili idarə edən Bakı şəhər sakini Famil Səmədov yolu keçən Elyaz İsmayılovu vurub. Nəticədə piyada hadisə yerində ölüb. Hadisəni törədən F.Səmədov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

bottom of page