"Azərkosmos"da işləyənlərinin 33 %-i qadınlardır
top of page

"Azərkosmos"da işləyənlərinin 33 %-i qadınlardır




Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyində ("Azərkosmos") qadınlar ümumi işçi sayının 33 %-ni təşkil edir.

Bunu "Azərkosmos"un İdarə Heyətinin sədr müavini Dunay Bədirxanov ADA Universitetində "Qadınlar kosmosda: çətinliklər və imkanlar" mövzusunda keçirilən tədbirdə deyib.

D. Bədirxanov qeyd edib ki, qurumda çalışan xanımların əksəriyyətinin əsas təhsili kimya, fizika, tətbiqi riyaziyyat, mühəndislik ixtisası üzrə olub.

"Xanım həmkarlarımızın peyklərin idarə olunması və peyk xidmətlərinin verilməsində göstərdikləri peşəkarlıq təqdirə layiqdir. Hazırda xanımlarımız kosmos sahəsi üzrə biznes və strategiyanın planlaşdırılması, maliyyə, iqtisadi hüquq, marketinq kimi bir çox sahələrdə çalışırlar", - deyə D. Bədirxanov qeyd edib.

bottom of page