Azərbaycanın ilk Ombudsmanı vəfat edib.
top of page

Azərbaycanın ilk Ombudsmanı vəfat edib.



Muğan tv xəbər verir ki, o, aprelin 25-də uzun sürən xəstəlikdən sonra 87 yaşında vəfat edib.

Mərhumla Təzəpir məscidində vida mərasimi keçirilib. Mərasimdə mərhumənin yaxınları, ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Elmira Süleymanova II Fəxri xiyabanda torpağa tapşırılıb.

Qeyd edək ki, Elmira Teymur qızı Süleymanova 17 iyul 1937-ci ildə Bakı şəhərində anadan olub. Kimya elmləri doktoru, (1980), professor (1981), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. E.Süleymanova 2002-2019-cu illərdə Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) vəzifəsini tutub.

O, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə İnsan hüquqlarının qorunması sahəsində xidmətlərinə görə "Şöhrət" və “Şərəf” ordeni ilə təltif edilib.

bottom of page