Azərbaycanda son sutkada yoluxanların sayı açıqlandı
top of page

Azərbaycanda son sutkada yoluxanların sayı açıqlandı


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2035 yeni yoluxma faktı qeydə alınıb, 1174 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Muğan TV-yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 273 869 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 243 467 nəfər müalicə olunaraq sağalıb, 3743 nəfər vəfat edib, aktiv xəstə sayı 26659 nəfərdir.


bottom of page