top of page

Azərbaycan və Rusiya rəsmiləri COP29-a hazırlığı müzakirə edib

Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk Moskvada Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev ilə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Bakıda keçiriləcək 29-cu Tərəflər Konfransına hazırlığı müzakirə edib. Muğan tv xəbər verir ki, bu barədə Rusiya hökumətinin saytı məlumat yayıb.

"Danışıqlarda iki ölkənin ekoloji əməkdaşlığının aktual məsələləri və Rusiya nümayəndə heyətinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 2024-cü ilin noyabrında Azərbaycan Respublikasında keçirilməsi planlaşdırılan 29-cu sessiyasında iştirakına hazırlıq nəzərdən keçirilib", - məlumatda deyilir.

Qeyd edilir ki, görüşdə Rusiya Federasiyası Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev, iki ölkənin nazirliklərinin nümayəndələri iştirak ediblər.

bottom of page